Azərbaycana qarşı döyüşən “komandir” Paşinyanı tənbeh etdi

Hazırda oxunan: Azərbaycana qarşı döyüşən “komandir” Paşinyanı tənbeh etdi

23040

Dövlət mətbuatı və qubernatorlar insanların sərhədlərimizdə baş verənləri anlamamaları üçün çox məhdud məlumatlar verirlər. 

Bizim.Media xəbər verir ki, bu fikirləri 2-ci Qarabağ savaşında oğulları ilə birgə azərbaycanlılara qarşı döyüşən, "Sisakan" dəstəsinin komandiri, birinci dərəcəli "Döyüş Xaçı" ordeninin sahibi Aşot Minasyan 31 mayda jurnalistlərlə görüşündə bildirib.

“Bu gün baş verənlər hakimiyyəti ələ keçirən hazırkı liderin başqa bir manipulyasiyadır. Təkcə Zəngəzurda (Sünik) deyil, bütün sərhəd xəttində xalqa özünü müdafiə etmək üçün silah və sursat verilmir. Bu, qəsdən edilir.

Sünik icmalarının rəhbərləri sərhədlərini qorumağa hazırdırlar və xalqı vətəni qorumağa çağırırlar. Xalq onları eşidib çölə çıxacaq. Bununla birlikdə, əhalinin silahlanmasına imkan verməyən zəif düşüncəli səlahiyyətlilər, sözdə Vaqarşak Arutyunyanın (müdafiə naziri) rəhbərlik etdiyi zəif düşüncəli ordu komandanlığı əhalini köləliyə və asılılığa çevirir”, deyə o, qeyd edib.

Aşot Minasyan hesab edir ki, xalqın Nikol Paşinyana inamı getdikcə azalır:

“Ancaq Paşinyana inananlar hələ də var. Ölən hərbçilərin valideynləri anlaşılmaz bir şəkildə bu çirkin canlıya inanırlar. Əsgər ataları deyir ki, Nikol onların uşaqlarını xilas edib. Döyüşlərdə iştirak edən uşaqlar bildirir ki, Nikol Paşinyan guya 30-35 min oğlanın həyatını qurtarıb. Xalqımız çox sadəlövhdür, amma bütün bunlardan sonra millətimizi məğlubiyyətə, uşaqları ölümə aparan, torpağı düşmənə verənə inanmaq günahdır!”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin