Ermənistanda itkin düşən hərbçilərin qohumları etiraz aksiyası keçirir.
Bizim.Media xəbər verir ki, aksiya iştirakçıları səlahiyyətli şəxslərin Qarabağda ölən erməni hərbçilərin cəsədlərini uzun müddət soyuducuda gizlədildiyini bildiriblər.
MÖVZU İLƏ BAĞLI:
Ermənistanda XALQ YORULUB – Seçkilər yox, sabitlik lazımdır
Etirazçıların sözlərinə görə, dövlət qurumları bunu çoxsaylı itkiləri cəmiyyətə bəyan etməmək məqsədi ilə edib. Valideynlər digər Ermənistan vətəndaşlarını da onlara qoşulmağa çağırıb.
Qeyd edək ki, Vətən Müharibəsinin ilk günlərində də Ermənistanda minlərlə cəsədin "Spayka" şirkətinin soyuducularında saxlanıldığı barədə məlumatlar yayılmışdı
Bizim.Media