Keçmiş müdafiə nazirinin müavini, Respublika partiyasının üzvü Artak Zakaryan Azərbaycan-Ermənistan sərhədindəki insidentlərlə bağlı fikrini yazıb.
Bizim.Media xəbər verir ki, informasiya “panorama.am” saytında yer alıb.
Sabiq məmur sözlərinə “Azərbaycan əsgərlərinə eşq olsun” kəlməsi ilə başlayıb:
“1000-dən çox silahlı azərbaycanlı Ermənistanın suveren ərazisindədir və 18 gündür oradan çıxmır. 6 erməni hərbçi öz ərazisində günün günorta çağında türklər (azərbaycanlılar nəzərdə tutulur) tərəfindən girov götürülüb, 1 erməni əsgər öldürülüb. Nikolizm tərəfindən heç bir real addım yoxdur. Daha bəsdir.
Nikolun əlləri ilə baş verən digər faciələrdən danışmıram. Bütün bunlardan sonra ölkəmizdə, sıralarımızda bir xainin gözü qarşısında qışqıranlar var:
"Nikol baş nazirdir".
Bu barədə Nikola heç nə demirəm. "Nikol baş nazirdir" deyə bağıranlara deyirəm.
Türklərin nümunəvi olduğunuzu bilirsinizmi?”.
Haşiyə: Erməni məmur heç də bu statusu Azərbaycan əsgərlərini tərifləmək məqsədilə yazmayıb. O demək istəyib ki, sərhəddəki vəziyyət nəzarətdən çıxa bilər və heç kəs türklərin nümunəvi olacağına zəmanət vermir. Bu fikirləri səsləndirməkdənsə, rəsmi İrəvanın işğal etdiyi ərazilərimizdən geri çəkilməsi daha məntiqli olardı.
İkincisi də həmin 6 erməni əsir günün günorta çağı deyil, gecə saat 3-də torpağımıza soxularaq mina basdırmaq fikrinə düşüb. Nəticədə onların özləri başlarına torba geyindirilərək əsir alınıb. Üçüncüsü də ölən erməni hərbçi haqda faktlar öz təsdiqini tapmayıb. Nikolun İrəvanda “baş nazir” və yaxud “baş xain” adlandırılmasının isə Azərbaycan üçün elə bir əhəmiyyəti yoxdur. Əhəmiyyəti olan budur ki, Paşinyan Spitak şəhərində çıxışı zamanı müharibədə uduzduqlarına görə fəxr etdiyini deyib.
Bizim.Media
- A-
- A
- A+
Region
13:44 / 31.05.2021
“Azərbaycan əsgərlərinə eşq olsun” – Ermənistanın keçmiş müdafiə nazirinin müavini
Hazırda oxunan: “Azərbaycan əsgərlərinə eşq olsun” – Ermənistanın keçmiş müdafiə nazirinin müavini
Hazırda oxunan: “Azərbaycan əsgərlərinə eşq olsun” – Ermənistanın keçmiş müdafiə nazirinin müavini
22994
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.