“Bakı hələ də Paşinyanın planı ilə bağlı mövqeyini bildirməyib” – Erməni deputat

Hazırda oxunan: “Bakı hələ də Paşinyanın planı ilə bağlı mövqeyini bildirməyib” – Erməni deputat

22989

Azərbaycan Silahlı Qüvvələrinin bölmələri geri çəkilməyincə, sərhədin müəyyənləşdirilməsi ilə bağlı hər hansı bir prosesdən söhbət gedə bilməz. 

Bizim.Media xəbər verir ki, bu fikirləri hakim "Mənim addımım" fraksiyasının rəhbəri Lilit Makunts bazar ertəsi parlamentdəki brifinqdə söyləyib.

Makuntsa görə, Nikol Paşinyan sərhəddəki vəziyyətin sabitləşməsinə dair bir sıra dövlətlərdən, o cümlədən ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrindən müsbət cavab alıb:

“İndi Bakının reaksiyasını gözləməliyik”.

Sotk-Xoznavar bölgəsində müşahidəçilərin yerləşdirilməsinə gəlincə, deputatın sözlərinə görə, ATƏT-in Minsk Qrupu həmsədrlərinin açıqlaması əslində ekspertlərini göndərməyə hazır olduqlarının ifadəsidir. 

Makunts qeyd edib ki, bununla belə, rəsmi Bakı hələ də öz mövqeyini bildirmədiyindən müşahidəçilərlə bağlı konkret müzakirələr aparılmayıb. "Erməni tərəfi vəziyyətə nəzarət etmək üçün hər cür səy göstərir", deyə o, əlavə edib.

Öz növbəsində, hakim blokun deputatı Ayk Konjoryan bildirib ki, Paşinyanın sərhəddəki vəziyyətlə bağlı təklifi Ermənistanın KTMT ilə qarşılıqlı əlaqəsini məhdudlaşdırmır. O, Paşinyanın planının hələ də aktual olduğunu vurğulayıb.

Təhlükəsizlik Şurasının 27 may tarixli iclasında Paşinyan Azərbaycan və Ermənistan qoşunlarının əvvəlki mövqelərinə geri çəkilməsi və sərhəd boyunca Rusiya Federasiyasının və ya ATƏT-in Minsk Qrupunun digər həmsədr ölkələrinin qoşunlarının yerləşdirilməsi təklifi ilə çıxış edib.

Xatırladaq ki, Azərbaycan hərbçiləri hazırda öz ərazisindədir və qonşu dövlətin torpağına ayaq basmayıb. Ermənistan isə 30 ildən çoxdur ki, ərazilərimizi işğalda saxlayıb və bu günün özündə də separatçı rejim Qarabağda lövbər salıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin