Onlarla ölkə Qarabağı talan edib - ARAŞDIRMA 

Hazırda oxunan: Onlarla ölkə Qarabağı talan edib - ARAŞDIRMA 

2298

İşğal altında olan torpaqlarımızda xarici şirkətlərin maddi sərvətlərimizi talan etdiyi haqda yazmışdıq. Onların əksəriyyətinin xaricdə yaşayan erməni iş adamlarına məxsus olduğu üzə çıxmışdı. 

Amma araşdırmalarımız nəticəsində bəlli olub ki, belə şirkətlərin sayı həddən artıq çoxdur və onların əksəriyyətinin başında qeydi-erməni xarici vətəndaşlardır.

Onlar Ermənistan hakimiyyətinə rüşvət verməklə və müəyyən dostluqlar qarşılığında Qarabağda talançılıq siyasətini gerçəkləşdiriblər.

Ermənistanın genişmiqyaslı talan əməliyyatına qoşulan belə şirkətlərdən biri, Çexiyanın “Metle Beyz” kompaniyasıdır.

Şirkət  işğal olunmuş ərazilərimizə 127 milyon dollar investisiya yatırıb. 2015-ci ildən bu günə kimi şirkət tam gücü ilə fəaliyyətdədir.

Qeyd edək ki, 2014-cü ildə adıçəkilən şirkət işğal olunan ərazilərdə ən çox vergi ödəyən şirkət kimi qeydə alınıb.

Qarabağın talanın fəal iştirak edən şirkətlərdən biri də Hindistanın “İndian Sterlite Gold Ltd” şirkətidir.

Şirkət “Global Gold Armenian Ltd”-nin əsas tərəfdaşlarından biridir. “Global Gold Armenian Ltd” 1995-ci ildə yaradılıb və onun yaradılması haqqında sazişi şahid qismində ABŞ-ın Ermənistandakı səfiri Piter Tomson imzalayıb. 

Əldə olunan məlumatlara əsasən, Avstraliyanın “İnternational Base Metals Limited” şirkəti qanunsuz olaraq Azərbaycan ərazilərində ermənilərlə iş birliyi yaradıblar.

İşğalçı ermənilərlə sövdələşən bu şirkət ərazilərimizdə qeyri-qanuni fəaliyyətini davam etdirərək bu təbii ehtiyatları Avropa bazarına çıxarıblar.

Talançı şirkətlərdən digəri isə Kanadanın “First Dynasty Mines” (FDM) şirkətidir.

Şirkət təkcə 2003-2004-cü illərdə burada 4,5 ton təmiz qızıl istehsal edilib. Araşdırmalar göstərir ki, bu günə kimi FDM şirkətinin payına işğal olunmuş ərazilərin müxtəlif yerlərindən 16 ton-dan çox təmiz qızıl düşüb.  

Söyüdlü yatağı Azərbaycan-Ermənistan sərhədində 73%-i ermənilər tərəfindən işğal olunmş Kəlbəcər rayonu ərazisində yerləşir və yatağın Azərbaycan hissəsindəki ehtiyatı 112 tondan çox qızıl təşkil edir.

Kəlbəcər rayonunun işğal olunmamışdan qabaq bu yataqdan 27 tondan artıq qızıl istehsal edilib. Baxmayaraq ki, bu yatağın istismarı 1992-ci ildə dayandırılıb, 1996-cı ildə ABŞ ekspertləri burada yenidən kəşfiyyat işlərinə başlayıblar. Nəticədə, yataqda 40 tondan çox qızıl ehtiyatının olduğu aşkar edilib.

Təbii sərvətimizi talamaqda kömək olan ölkələr də var ki, onlardan biri də Almaniyadır.

Ölkənin “Deutz-Fahr” şirkəti kənd təsərrüfatı traktorları və avadanlıqları, qızılın, misin, filizin çıxarılmasında fəal iştirak üçün Qarabağa cəlb olunub. 

Həmçinin Ermənistana belə bir dəstək Belarusdanda gəlib.

Ölkənin “MT3-82,3” modelli kənd təsərrüfatı traktorları dəstək infrastrukturunun tikilməsində qeyri-qanuni istifadə olunub.

Hazırda Qarabağda Azərbaycan Respublikası Baş Prokurorluğunda talanlarda iştirak edən şirkətlər haqqında materiallar toplanır, tezliklə hər biri haqqında hüquqi müstəvidə müraciətlə icra ediləcək.

Araşdırmalarımız davam edir.

Gülşünə Mustafayeva, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin