Ermənistandan Rusiya qarşısında GERİ ADDIM

Hazırda oxunan: Ermənistandan Rusiya qarşısında GERİ ADDIM

229775

“Ermənistan Avrasiya İqtisadi Birliyinin (AİB) üzvü olaraq qalır, birlikdən çıxmaq məsələsi hökumətin gündəmində deyil”.

Bizim.Media "Sputnik Ermənistan" nəşrinə istinadən xəbər verir ki, bunu iqtisadiyyat naziri Gevorq Papoyan deyib.
 

“Bizim əsas vəzifəmiz birliklər (söhbət Aİ və AİB-dən gedir) arasında seçim etmək deyil, iqtisadi sabitliyi artırmaqdır. Ermənistanın Aİ-də, AİB-də və ya başqa yerdə olmasının fərqi yoxdur", deyə o, qeyd edib. 


Qeyd edək ki, yanvarın 9-da Ermənistan hökuməti Avropaya inteqrasiya prosesinin başlanması ilə bağlı qanun layihəsini təsdiqləyib.

Xatırladaq ki, Rusiya baş nazirinin müavini Aleksey Overçuk AİB və Aİ-yə üzvlüyün bir-birinə uyğun olmadığını bildirmişdi. Çünki hər iki birlik gömrük sərhədlərinin olmamasını və malların, xidmətlərin və işçi qüvvəsinin sərbəst hərəkətini tələb edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin