Sorosdan yeni TAPŞIRIQ – Paşinyanın ikinci Ermənistan PLANI  

Hazırda oxunan: Sorosdan yeni TAPŞIRIQ – Paşinyanın ikinci Ermənistan PLANI  

22968

Əvvəlki yazılarımızda Ermənistanın sərhəddə törətdiyi təxribatların günahkarının Nikol Paşinyan və ya müxalifət ola biləcəyini qeyd etmişdik. Lakin bütün situasiyanın get-gedə Paşinyanın lehinə çevrilməsi onun haqqında şübhələri daha da artırıb. 
 

MÖVZU İLƏ BAĞLI:

Paşinyandan erməni xalqına ÇAĞIRIŞ – “Söz veririk”


Əslində Paşinyan açıqlamaları və hərəkətləri ilə bu qədər böyük planlar qura biləcək ağılın yiyəsi olmadığını çoxdan hər kəsə sübut edib. Amma...

Amma ilanın başı qərbdə, quyruğu isə Ermənistanda iqtidardadır.

İlk öncə mayın 25-də bir erməni hərbiçisinin Azərbaycan sərhədçiləri tərəfindən öldürülməsi iddiası ortaya atıldı və dərhal KTMT-yə müraciət edilərək, rəsmi Bakının “təcavüzkar” hərəkətlərinə qarşı yardım tələb olundu. Lakin müttəfiqləri “diplomatik vasitələrdən istifadə” variantını irəli sürməklə erməni xalqının ümidlərini qırdı. 

Mayın 27-də isə minalar basdırmaq üçün ərazimizə daxil olan ermənilərdən altısının əsir götürülməsi Nikola yeni hay-küy yaratmaq imkanı verdi. KTMT-dən səs çıxmadığını görən Paşinyan bu dəfə tənqidi açıqlamalar verərək, təşkilatı fəliyyətsizlikdə günahlandırdı. Daha sonra isə Nikol sərhəd probleminin həlli üçün təkliflər paketini və planın əsas parçası kimi Rusiya müşahidəçilərinin sərhədboyu ərazilərdə yerləşdirilməsi variantını irəli sürdü.

Mayın 28-də isə növbəti təxribat mübahisəli sərhədlərdən uzaqda Naxçıvan Muxtar Respublikasının Ermənistanla sərhədində törədildi. Nəticə bir hərbimiçimiz yaralandı.

Bəs, Paşinyanın “KTMT sevdası”nın səbəbi nədir? 

Bütün bu faktlarda gözə çarpan ilk detal KTMT və Rusiya kəlimələrinin Paşinyanın dilindən düşməməsidir. Lakin Nikol Ermənistan təhlükəsizliyinin qarantı hesab olunan qüvvələrin dadına yetməyəcəyini, əlbəttə, bilirdi. Paşinyan KTMT-də Azərbaycanla münasibətləri Ermənistandan qat-qat yüksək səviyyədə olan ölkələrin varlığını, habelə son dönəmlərdə getdikcə rəsmi Bakı və Moskva arasında daha da yaxşılaşan əlaqələri görməyəcək qədər ağılsız biri deyil. 

Rusiya qapısında yatmaqdan bezən Ermənistanın zəncirlərini qırıb, başqa sahibin qapısına bağlamağı özünə ali məqsəd hesab edən Paşinyan erməni xalqının ümidlərini Qərbə yönəltmək üçün bu cür varianta əl atması dəqiqdir. Əsas hədəfə nail olmaq üçünsə müxalifətin dayaq nöqtəsi olan KTMT-Rusiya inancını sarsmaq lazım idi. Sərhəddə insidentlər yaratmaqla Nikol sözügedən təşkilatın Ermənistana heç bir fayda verməyəcəyini erməni xalqına nümayiş etdirdi.

Son məqsəd isə bəllidir- Qərbin Ermənistanını yaratmaq. Çünki Paşinyan Sorosa sadiqdir və bu gün də bütün əlaqələrini qoruyur. Onun ideoloji atası ola Soros da əlini onun arxasından çəkməyib.

Mövcud situasiya həqiqətən də Paşinyanın tam istədiyi formada inkişaf etməkdədir. Əsas rəqibi olan Robert Köçəryanın Nikol qarşısında istinad nöqtəsi olan Rusiyanın gözdən salınması, eks-prezidentin onsuzda az olan reytinqini daha da düşürəcək və Ermənistanda Nikol Paşinyanın (Qərbin) iqtidarını təmin edəcək.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin