İranın birinci vitse-prezidenti Məhəmməd Rza Arif Kaliforniya meşə yanğınlarının qurbanları ilə bağlı ABŞ hökumətinə başsağlığı verib.
Bizim.Media xəbər verir ki, bu barədə “Asr Iran” nəşri yazıb.
“Bugünkü dünyada bir insanın dərdi və iztirabı hamının dərdi və iztirabıdır. Kaliforniya meşə yanğınlarından zərər çəkənlərin hamısına başsağlığı verir və tezliklə sağalması üçün dua edirik”, başsağlığı məktubunda deyilir:
Arifin sözlərinə görə, iqlim dəyişikliyinin səbəb olduğu böhranla mübarizə aparmaq üçün təcili tədbirlər görmək lazımdır.
Bizim.Media