Baqdasaryan: “Ermənistan Minsk qrupunun ləğvi ilə bağlı ATƏT-ə müraciət edəcək”

Hazırda oxunan: Baqdasaryan: “Ermənistan Minsk qrupunun ləğvi ilə bağlı ATƏT-ə müraciət edəcək”

229512

Ermənistan Minsk qrupunun ləğvi məsələsi ilə bağlı ATƏT-ə müraciət etmək niyyətindədir.

Bizim.Media xəbər verir ki, bu barədə Ermənistanın baş nazirinin mətbuat katibi Nazeli Baqdasaryan sosial şəbəkədə məlumat yayıb.
 

"Ermənistan ATƏT-ə Minsk qrupunun ləğvi məsələsi ilə bağlı müraciət etmək imkanını nəzərdən keçirir", - o qeyd edib.


N.Baqdasaryan Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıdığını və sülh sazişi imzalamaqla bunu təsdiqləməyə hazır olduğunu bildirib.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə Minsk qrupunun və onun bütün institutlarının ləğv edilməli olduğunu bəyan edib. Bu qrupun ləğvi Azərbaycanın Ermənistanla sülh sazişi imzalaması üçün şərtlərindən biridir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin