Zəngilan ərazisində qeyri-qanuni yerləşdirilmiş Suriyalı ermənilərin sənədləri üzə çıxıb.
Bu barədə Prezidentin köməkçisi Hikmət Hacıyev "Tvitter" hesabında yazıb.
H.Hacıyev qeyd edib ki, həmin materiallar təhlil olunarkən onların arasında Suriya vətəndaşlarına aid siyahı tapılıb.
Onun sözlərinə görə, həmin suriyalılar Azərbaycan torpağına qanunsuz olaraq yerləşdirilib:
"Bu, müharibə cinayətidir. Qanunsuz yerləşdirmə həmsədrlərin diqqətindən kənarda qaldı".
Bizim.Media xəbər verir ki, işğaldan azad olunmuş Zəngilan rayonu ərazisində Ermənistan Milli Təhlükəsizlik Xidmətinin istifadəsində olmuş binada baxış zamanı bəzi sənədli materiallar aşkarlanıb. Həmin materiallar təhlil olunarkən onların arasında Suriya vətəndaşlarına aid siyahı və pasportların surətləri müəyyən edilib.
Siyahıda adları qeyd edilən 60 suriyalı erməni (cəmi 19 ailə) işğal olunmuş ərazilərdə Ermənistan tərəfindən aparılmış qanunsuz məskunlaşma prosesində Zəngilan rayonu ərazisinə köçürülüb.
Eyni zamanda, 02.05.1964-cü il təvəllüdlü, Suriya vətəndaşı, Suriyanın Haseke bölgəsinin sakini Baazo Hraj Sepob (pasport: 015-11-L021693), 12.11.1969-cu il təvəllüdlü, Suriya vətəndaşı, Suriyanın Hələb şəhərinin sakini İskandarian Hartion Avadis (Pasport: 004-11-L128622) və 01.01.1962-ci ildə Suriyada anadan olmuş, Ermənistan vətəndaşı Kirakos Babkin (pasport: AM 0709227) adına verilmiş pasportların kserosurətləri də aşkarlanıb.
Millət vəkili Musa Qasımlı Bizm.Media-ya açıqlamasında bildirib ki, Livan və Suriyadan ermənilərin işğal edilmiş ərazilərimizə gətirilməsi məsələsinin mahiyyətini bilmək üçün Ermənistanın milli təhlükəsizlik strategiyasına diqqət yetirmək lazımdır.
Orada birbaşa yazılır ki, demoqrafik böhran, əhalinin azalması və ermənilərin mühacirəti dövlətin mövcudluğunu təhdid edir:
“Bu gün Ermənistan nəinki işğal etdiyi ərazilərdə heç ölkə daxilində yerləşdirməyə adam tapa bilmir. Bunun üçün insan potensialı yoxdur.
Ona görə də Ermənistan hakimiyyəti sovet dövründə olduğu kimi, yenə də xarici ölkələrdən ermənilərin “xoş həyat” adı ilə aldadılıb gətirir.
Musa Qasılının sözlərinə görə, Zəngilana qanunsuz olaraq yerləşdirilən suriyalıların sənədlərinin aşkar olunması bizi illərdir dediklərimizin əyani göstəricisidir.
Digər bir məqam isə, ermənilər arasında heç vaxt milli birliyin olmamasıdır. Onlar heç Qarabağ ermənilərini bəyənmirdilər. Onlara “şurtvats” (bic doğulmuş, türkdən dönmə, dinini satan) deyirdilər.
Eləcə də, Qarabağda qanunsuz yerləşdirdikləri suriyalı və livanlı ermənilərlə ikinci, üçüncü növ kimi baxıblar. Onları da “kro” adlandırırlar.
Daha öncədən də onların maldarlıq və təsərüfatla, digər ağır sahələrdə məcburən işlədilməsi məlum idi. Daha dəqiq desək, qul kimi davranıblar, bir qarın yavan çörək və su ilə dolanıblar.
İndi isə onlar da Ermənistana aparılıblar, amma ermənilərdən fərqli olar heç kim suriyalılarla maraqlanmır. Bəzən küçələrdə, ya da məhdud sayda verilən çadırlarda qalırlar.
Musa Qasımlı deyir ki, əslində onların imkanı olsa, günü bu gün Ermənistanı tərk edərlər, amma nə yazıq ki,sənədləri Ermənistanın Təhlükəsizlik orqanlarında girov saxlanılır. Bu fakt Ermənistanın insani və müharibə cinayətlərindən biridir. Digər tərəfdən də suriyalılar Dağlıq Qarabağda və Ermənistanda yaşadıqları acı durumu, onlarla qul kimi davranılmasını deməkdən də qorxurlar, çünki ermənilər onları təhdid edir.
Zəngilanda qanunsuz məskunlaşdırılmış Suriya vətəndaşlarının siyahısını və onların sənədlərini təqdim edirik.
Ağanisə Sultan, Bizim.Media