Erməni nazir: “İstənilən vaxt Azərbaycanla nəqliyyat kommunikasiyalarını açmağa hazırıq”

Hazırda oxunan: Erməni nazir: “İstənilən vaxt Azərbaycanla nəqliyyat kommunikasiyalarını açmağa hazırıq”

229296

“Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyi istənilən vaxt Ermənistan Respublikası ilə Azərbaycan arasında bütün nəqliyyat kommunikasiyalarının açılmasına yönəlmiş praktiki işə qoşulmağa hazırdır”.

Bizim.Media xəbər verir ki, bu barədə departamentin rəhbəri David Xudatyan bildirib.

Nümunə kimi o, Baş nazir Nikol Paşinyanın dəmir yolu əlaqəsinin (Yerasx-Sədərək-Ordubad-Meğri) yaradılması məsələsi ilə bağlı təklifini xatırladıb: “Biz həmişə “Dünyanın kəsişməsi” layihəsində yer alan məntiqə uyğun hesablamalar aparırıq”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin