“Biz hər an qoşunları sərhəddən geri çəkməyə hazırıq” - Nikol Paşinyan

Hazırda oxunan: “Biz hər an qoşunları sərhəddən geri çəkməyə hazırıq” - Nikol Paşinyan

22817

ATƏT-in Minsk Qrupu həmsədrlərinin Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti sabitləşdirmək  təklifi İrəvan üçün məqbuldur. 

Bizim.Media xəbər verir ki, bunu Baş nazir vəzifəsini icra edən Nikol Paşinyan Nork-Marş inzibati bölgəsindəki “Vətəndaş Müqaviləsi” Partiyasının fəalı ilə görüşündə söyləyib.

O, həmsədrlərin sərhəddəki eskalasiyanı azaltmaq, silahlı qüvvələri geri çəkmək və delimitasiya və demarkasiya ilə bağlı danışıqlara başlamaq üçün təcili addımların atılması çağırışını xatırladıb:
 

MÖVZU İLƏ BAĞLI:

Paşinyan S-300 zenit-raket sistemi ilə bağlı ŞOK SİRRİ AÇDI – VİDEO


"Həmsədrlərin təklifində göstərilən addımların məntiqi bizim üçün əsaslıdır. Ermənistan hökuməti bu yola getməyə qərarlıdır və biz hər an sərhəddə yerləşən Xoznavardan qoşunları geri çəkməyə hazırıq”.

Paşinyan hesab edir ki, bölgədəki uzunmüddətli sülh və sabitlik hər kəs üçün vacibdir və tərəflər ATƏT-in Minsk Qrupu həmsədrlərinin təkliflərini yerinə yetirə bilərlərsə, əslində sərhədləri müəyyənləşdirmək üçün uzunmüddətli düstur hazırlanacaq. 

Eyni zamanda, Paşinyan sərhədlərin dəqiqləşdirilməsinin Qarabağ məsələsi ilə əlaqəli olmadığını və Ermənistan tərəfinin bu məsələni həll etmək üçün danışıqlar prosesinə qatılmağa hazır olduğunu bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin