Fransa, Almaniya və Polşanın hakimiyyət orqanları Gürcüstanın diplomatik və xidməti pasportlarına malik olan şəxslərin ölkəyə vizasız girişinə qadağa tətbiq etmək niyyətindədirlər.
Bizim.Media “qazeta.ru”ya istinadən xəbər verir ki, bu barədə sözügedən ölkələrin xarici işlər nazirlərinin birgə bəyanatında qeyd olunub.
“Gürcü Arzusu”nun addımları Gürcüstan hakimiyyəti ilə Avropa və milli səviyyədə münasibətlərimizin səviyyəsinin aşağı düşməsinə, eləcə də yardım və əməkdaşlığımızın azalmasına səbəb olub”, - sənəddə deyilir.
Bəyanatda “vizasız” rejimin ləğvinin Avropa İttifaqının qərarı çərçivəsində həyata keçiriləcəyi bildirilib.
Xatırladaq ki, dünən Gürcüstanın yeni prezidenti Mixail Kavelaşvili Tbilisinin Aİ-nin tamhüquqlu üzvü olmağa çalışdığını bildirib. Dövlət başçısı vurğulayıb ki, bu məsələdə həm ölkə daxilində, həm də beynəlxalq aləmdə spekulyasiyadan tez-tez istifadə olunur.
Baş nazir Kobaxidze isə Aİ-nin diplomatik pasportlar üçün vizasız gediş-gəlişin dayandırılması qərarını “anti-Gürcüstan” xarakterli addım adlandırmışdı.
Bizim.Media