Salome Zurabişvili prezident iqamətgahı olan Orbelianı sarayını tərk etmək barədə qərar qəbul edib.
Bizim.Media “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, o, bu barədə iqamətgahının önündə toplaşan tərəfdaşlarına müraciətində danışıb.
Onun sözlərinə görə, ölkənin yeni seçilən Prezidenti Mixail Kavelaşvili vəzifəsinin icrasına başladıqda prezident sarayını tərk edəcək.
Xatırladaq ki, hazırda Gürcüstan parlamentində Mixail Kavelaşvilinin andiçmə mərasimi keçirilir. Salome Zurabişvili isə bundan əvvəl iqamətgahı tərk etməyəcəyini bildirmişdi.
Son anda əldə edilən informasiyaya görə, sabiq prezident artıq iqamətgahı tərk edib. Bu barədə videonu "RİA Novosti" yayıb.
Bizim.Media