“Dünyada vəziyyət böyük ehtimalla tezliklə dəyişəcək. ABŞ və Avropa İttifaqı, ABŞ və Qərbi Asiya ölkələri arasında beynəlxalq vəziyyətin dəyişəcəyi tamamilə aydındır. ABŞ-dan Cənubi Qafqaza yeni yanaşmalar olacaq. Çətin ki, Ağ Evin yeni administrasiyası Rusiya üçün vəziyyəti daha da pisləşdirmək üçün indiki Bayden administrasiyası kimi ardıcıl olaraq hamını dəstəkləsin. Donald Tramp administrasiyası Rusiyanı sevməyəcək, lakin kiminsə siyasi ambisiyaları naminə Rusiya Federasiyasına qarşı vəsait xərcləməyəcək”.
Bizim.Media xəbər verir ki, bunu Müasir Dövlət İnkişafı İnstitutunun direktoru Dmitri Solonnikov Nikol Paşinyanın Ermənistan-Azərbaycan nizamlanması ilə bağlı dinc bəyanatlarının arxasında nələrin dayandığını şərh edərkən deyib.
O əlavə edib ki, burada Avropa İttifaqı daxilində vəziyyətin pisləşməsi də öz rolunu oynayacaq:
“Aİ üçün müxtəlif oyunlar oynamaq getdikcə çətinləşir. Biz Fransanın özündə vəziyyətin nə qədər ağır olduğunu görürük. Reallıq budur: Makron indi elə bir vəziyyətdədir ki, onun Ermənistanda öz ambisiyalarını reallaşdırmaq, bununla da dünyanın bir sıra başqa yerlərində məğlubiyyətinin əvəzini çıxmaq barədə deyil, daxili vəziyyət və bu fakt haqqında düşünmək vaxtıdır. Fransa prezidentinin hökumətlə daimi problemləri var. İndiki problemsə ondan ibarətdir ki, növbəti yeni hökumət nə qədər fəaliyyət göstərəcək?! Fransada Makronun tənqidi getdikcə daha da güclənir. Artıq onun impiçmentinin mümkünlüyü haqda danışılır. Ona görə də bu gün İrəvanın Fransanın “belə etibarlı tərəfdaş” olduğunu söyləməsi Makronun problemlərini nəzərə alsaq, pis vəziyyətdə cəsarətli sifətə bənzəyir”.
Rusiyalı politoloq hesab edir ki, Trampın ABŞ-da hakimiyyətə gəlməsi ilə Qərb Cənubi Qafqazın işlərinə aktiv müdaxilədən, Ermənistana aktiv dəstəkdən uzaqlaşacaq:
“Paşinyan isə artıq başa düşür ki, o, Azərbaycanla hansısa yolla danışıqlar aparmalı, onun şərtləri ilə sülh sazişi ilə razılaşmalı, həmçinin, Rusiya ilə münasibətləri yaxşılaşdırmalı olacaq. ABŞ-da təcridçilər güclənir və onların sayı daha çox olacaq. Qlobal çətinliklər ABŞ, Aİ və xüsusilə Fransa üçün xarici siyasət avantüralarına pul xərcləməyin getdikcə çətinləşdiyini göstərir. Ermənistan isə bu obyektiv reallıqla birtəhər barışmalı olacaq. Paşinyan deyəsən bunu anlayır. Anlayır ki, onun istəklərinə reaksiya daha az olacaq. Eyni zamanda, onu da nəzərə almaq lazımdır ki, hazırkı baş nazirin ritorikası İrəvan üçün - daxili və ya xarici siyasətdə vəziyyətin dəyişməsi ilə dəyişir. Ermənistanın baş naziri bu gün bir söz demək istəyir, lakin başqa söz deyir. Bu gün demək istəyirdi ki, Ermənistan-Azərbaycan sərhədində üçüncü qüvvələrə ehtiyac yoxdur və sabah Makron onun yanına gələcək, başını sığallayacaq, nəsə söz verəcək və Ermənistanın baş nazirinin qarşıdurmasında yaxşı adam olduğunu deyəcək. O zaman Paşinyan əvvəlki açıqlamalarını unudacaq. Baş nazir müəyyən məqamda faydalı hesab etdiyi şeyi edəcək. Yəni, prinsipcə, bütün bu cəhətlər 2025-ci ildə Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması imkanını artırır. Bu həm də Ermənistanda Azərbaycan Respublikası Prezidentinin ötən həftə danışdığı Konstitusiyaya dəyişiklik ediləcəyi təqdirdə baş tuta bilər. Ancaq sadəcə başa düşmək lazımdır ki, biz artıq bir neçə ildir ki, sülh müqaviləsinin imzalanmasının mümkünlüyündən danışırıq və hər dəfə də bir "amma" çıxır”.
Surxay Atakişiyev, Bizim.Media
- A-
- A
- A+
Region
10:44 / 28.12.2024
“2025-ci ildə Ermənistanı yaxşı heç nə gözləmir” - Dmitri Solonnikov
Hazırda oxunan: “2025-ci ildə Ermənistanı yaxşı heç nə gözləmir” - Dmitri Solonnikov
Hazırda oxunan: “2025-ci ildə Ermənistanı yaxşı heç nə gözləmir” - Dmitri Solonnikov
227412
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.