İran müdafiə gücünün azalmadığını sübut etmək üçün bu gün kütləvi hərbi təlimlərə başlayır.
Bizim.Media İran KİV-nə istinadən xəbər verir ki, bunu İranın müdafiə naziri Əziz Nəsirzadə deyib.
"Şənbə günündən başlayaraq müdafiə qabiliyyətinin azalmadığını, əksinə gücləndiyini nümayiş etdirən bir sıra hərbi təlimlər başlanır", - nazir qeyd edib.
Bizim.Media