Paşinyanın yaxın adamından sərsəm AÇIQLAMA: “Azərbaycan Gəncəni bizə qaytarmalıdır”

Hazırda oxunan: Paşinyanın yaxın adamından sərsəm AÇIQLAMA: “Azərbaycan Gəncəni bizə qaytarmalıdır”

22717

Sovet dövründə azərbaycanlılar 5 anklav kənddə yaşayırdılarsa, onda Azərbaycanda yüz minlərlə erməni yaşayırdı. Kirovabad (Gəncəni nəzərdə tutur) tamamilə ermənilər tərəfindən məskunlaşmışdı və indi bu şəhəri bizə qaytarmalıdırlar.

Bizim.Media xəbər verir ki, bunu 28 may tarixində Sardarapat xatirə kompleksində jurnalistlərə verdiyi müsahibədə “Vətəndaş Müqaviləsi” Partiyasının seçki siyahısına daxil olan deputat Sergey Baqratyan Tavuş bölgəsindəki (Qazaxın 7 kəndi nəzərdə tutulur) anklavlar məsələsinə toxunaraq deyib:

“Kirovabadı bizə, biz isə onlara 5 kəndi qaytaraq. Gəncə tarixi Ermənistandır və ermənilər həmişə bu şəhərdə çoxluq təşkil ediblər. Gəncənin tamamilə Ermənistan ərazisi olduğunu elan edirəm. Və bu kəndlər (Qazaxın işğalda olan 7 kəndi və Naxçıvandakı Kərki kəndi) bu gün Ermənistanındır və heç vaxt Azərbaycanın ola bilməz”.

Sergey Baqratyana sadəcə xatırladırıq ki, İrəvan tarixi Azərbaycan şəhəri olub. O da vaxt gələndə Azərbaycanın tərkibində olacaq.

Əgər Gəncənin bir məhləsində erməni yaşayırdısa, Ermənistanın 70 faiz ərazisində tamamilə azərbaycanlılar yaşayıb. Mahal, rayon, çay, dərə, dağ və kənd adlarının da hamısı Türk toponimlidir. Ermənilər rus dilində hazırladıqları Vikipediyada da bu adları uydurulmuş erməni adları ilə yanaşı çəkirlər, çünki Çar Rusiyasının müfəssəl dəftərlərində Ermənistanda erməni dilində yer adları olmayıb. Deməli həqiqəti gizlətmək mümkün deyil.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin