Paşinyan: “Azərbaycan bizdən intiqam alır”

Hazırda oxunan: Paşinyan: “Azərbaycan bizdən intiqam alır”

22705

Əsir problemi Ermənistan hakimiyyəti üçün ən ağrılıdır. 

Bizim.Media xəbər verir ki, bu sözləri Baş nazirin vəzifəsini icra edən Nikol Paşinyan “Vətəndaş Müqaviləsi” partiyasının seçkiqabağı qərargahının nümayəndələri ilə görüşdə deyib.

O, əsirlərin geri qaytarılmasının zaman məsələsi olduğunu bildirib:

"Azərbaycan rəhbərliyi bu problemin köməyi ilə bizə, insanlarımıza zərər verir. Bizdən intiqam alır. Ancaq əsirlərimiz geri dönəcək, beynəlxalq təşkilatlar bunu bəyan ediblər".

Paşinyana görə, Azərbaycan hakimiyyəti Ermənistan vətəndaşlarının hissləri üzərində oynayaraq qarşıdakı seçkilərin nəticələrinə təsir göstərmək istəyir:

“Rəsmi Bakının masa üzərində "kağızı" var, orada Ermənistanda hansı qüvvənin neçə səs toplayacağı yazılıb”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin