Erməni sürücünün ölümü ilə nəticələnən avtomobil qəzası Qarabağda baş verib.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “armeniasputnik.am” saytı yayıb.
İnformasiyaya görə, mayın 27-də saat 23: 15-də Qarabağda qondarma rejimin “Fövqəladə Hallar üzrə Xidməti”nə Lısogor-Laçın yolunda bir maşının dərəyə (150 metr) yuvarlandığı barədə siqnal daxil olub.
Xilasedicilər hadisə yerinə gəliblər. Xüsusi texnikanın köməyi ilə zərərçəkənləri dərədən çıxarmağa kömək ediblər.
Məlum olub ki, həmin gün saat 21: 30-da Xankəndi-Gorus yolunun 35-ci kilometrliyində İrəvan sakini E.M.-nin (1961-ci il təvəllüdlü) idarə etdiyi Mercedes-Benz markalı avtomobil yolundan çıxaraq dərəyə yuvarlanıb. Qəza nəticəsində sürücü yerindəcə ölüb.
Sərnişinlər - İrəvan sakini A.G. (1968-ci il təvəllüdlü) və Əsgəran rayon sakini X.A. (1973-cü il təvəllüdlü) Xankəndi tibb mərkəzinə aparılıb.
Bizim.Media
- A-
- A
- A+
Region
13:31 / 28.05.2021
Laçında ermənilərin maşını dərəyə düşdü - Ölü və yaralılar var
Hazırda oxunan: Laçında ermənilərin maşını dərəyə düşdü - Ölü və yaralılar var
Hazırda oxunan: Laçında ermənilərin maşını dərəyə düşdü - Ölü və yaralılar var
22704
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.