Ermənistanın Baş naziri Nikol Paşinyan AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar başsağlığı verib.
Bizim.Media xəbər verir ki, bu barədə o, "X" hesabında yazıb.
"Bakı-Qroznı reysi ilə uçan təyyarənin qəzaya uğraması nəticəsində həlak olanların ailələrinə başsağlığı diləyirəm. Belə bir faciə kədərə səbəb olmaya bilməz", - deyə Paşinyan qeyd edib.
Xatırladaq ki, Azərbaycan Hava Yolları (AZAL) aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəzaya uğrayıb. İlkin məlumata görə, hadisəyə səbəb hava gəmisinin quş sürüsü ilə toqquşması olub. KİV-in məlumatına görə, qəzaya uğrayan təyyarənin göyərtəsində 62 sərnişin və 5 ekipaj üzvü olub.
Bizim.Media
- A-
- A
- A+
Region
13:37 / 25.12.2024
Paşinyan təyyarə qəzası ilə bağlı başsağlığı verdi – FOTO
Hazırda oxunan: Paşinyan təyyarə qəzası ilə bağlı başsağlığı verdi – FOTO
Hazırda oxunan: Paşinyan təyyarə qəzası ilə bağlı başsağlığı verdi – FOTO
226935
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.