Dekabrın 21-də axşam saatlarında “qidadan zəhərlənmə” diaqnozu ilə 10 nəfər Qarakilsə (Vanadzor) şəhərinin tibb mərkəzinə yerləşdirilib.
Bizim.Media xəbər verir ki, bu barədə Ermənistanın Qida Təhlükəsizliyi Müfəttişliyi məlumat yayıb.
Dərhal aparılan yoxlama tədbirləri nəticəsində məlum olub ki, zərərçəkənlər Qarakilsə şəhərinin mərkəzi bazarının ərazisində, fərdi sahibkar Rudik Alaverdyana məxsus ictimai iaşə obyektində yemək yeyiblər. Mövcud ərzaq məhsullarından nümunələr götürülüb və laboratoriya müayinəsi aparılıb.
Yoxlama zamanı bu obyektin təsdiq edilmiş sanitar-gigiyenik normalara zidd fəaliyyət göstərdiyi də üzə çıxıb.
İctimai iaşə məntəqəsinin fəaliyyəti dayandırılıb.
Bizim.Media
- A-
- A
- A+
Region
13:00 / 22.12.2024
Ermənistanda 10 nəfər qidadan ZƏHƏRLƏNDİ
Hazırda oxunan: Ermənistanda 10 nəfər qidadan ZƏHƏRLƏNDİ
Hazırda oxunan: Ermənistanda 10 nəfər qidadan ZƏHƏRLƏNDİ
226423
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.