Erməni diasporu və lobbisinin Azərbaycana qarşı “sapı özümüzdən olanlar”dan istifadə etdiyi sirr deyil. İndiyə qədər özünü “azərbaycanlı” adlandıran anti-milli məxluqatlar erməni “çörəyinə yağ yaxmaqla” məşğul olub.
Bizim.Media Demokrat.az-a istinadən xəbər verir ki, Ermənistan xüsusi xidmət orqanları, erməni diasporu və lobbisi Azərbaycana qarşı qarayaxma kampaniyasına start verir və öz mövqelərini daha da gücləndirmək üçün belə “azərbaycanlılardan” istifadə edir.
Son vaxtlar ermənilərin istifadə etdiyi şəxslərdən biri də “Akkord” şirkətinin keçmiş rəhbəri, adı dələduzluq qalmaqallarında intensiv şəkildə hallanan İlqar Hacıyevdir.
İlqar Hacıyev Vic Germani adlı erməniyə müsahibə verib və Azərbaycanı qondarma iddialarla ittiham edib. Onun müsaibə verdiyi Vic Germani ABŞ-da yaşayan erməni əsilli yazar, radio aparıcısı və rejissordur.
O, ermənilər tərəfindən “qızıl şah” adlandırılır, səbəb erməni maraqları naminə gördüyü işlərdir.
Vic Germani həm də cinsi azlığın nümayəndəsidir, ABŞ-da nüfuzlu şəxslərdən, konqresmenlərdən müsahibələr alır, konqresmenlərin seçki kampaniyasında iştirak edir.
Azərbaycana qarşı qatı düşmən mövqedə olan Vic Germani 44 günlük müharibədə ermənilərin məğlubiyyətini qondarma “erməni soyıqırımı” kimi təqdim etdiyi film hazırlayıb.
Azərbaycanlıların ermənilərə qarşı “soyqırımı” törətdiyinə dair saxta faktların göstərildiyi “Motherland” (Vətən) adlı film erməni diasporu tərəfindən bir neçə festivalda finalçı, hətta qalib ediblər.
Vic Germaninin əməkdaşlıq etdiyi “azərbaycanlı”dan biri də Məhəmməd Mirzəlidir.
Məhəmməd Mirzəli də Vic Germaninin filmində Azərbaycana qarşı çıxış edən respondentlər biri olub.
Vətən xaini Məhəmməd Mirzəlinin ermənilərlə Azərbaycanana qarşı əməkdaşlıq etdiyi sirr deyil.
Görünür ki, ermənilər yeni “azərbaycanlıları” da bu xəyanətə cəlb edir.
Bizim.Media