“İrəvan üçüncü ölkələrin qüvvələrini Azərbaycanla sərhədin delimitasiya olunmuş hissələrinə yerləşdirməməyə razıdır”.
Bizim.Media xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan “Armenpress”ə müsahibəsində bildirib.
“Biz üçüncü ölkələrin qüvvələrinin Ermənistan-Azərbaycan sərhədinin delimitasiya olunmuş hissələrinə yerləşdirilməməsi ilə bağlı müddəanın genişləndirilməsini təklif edirik və bu, məntiqlidir, çünki delimitasiya nəticəsində bu hissələrdə eskalasiya riski azaldılmadığı halda, əhəmiyyətli dərəcədə azalıb.
Beləliklə, sərhədin tam delimitasiyası başa çatdıqdan sonra Ermənistan-Azərbaycan sərhədinin heç bir hissəsində üçüncü qüvvələrin olmasına ehtiyac qalmayacaq”, - deyə Ermənistanın baş naziri bildirib.
Bizim.Media
- A-
- A
- A+
Region
19:44 / 19.12.2024
“Delimitasiyadan sonra Azərbaycanla sərhəddə üçüncü qüvvələrin olmasına ehtiyac qalmayacaq” - Paşinyan
Hazırda oxunan: “Delimitasiyadan sonra Azərbaycanla sərhəddə üçüncü qüvvələrin olmasına ehtiyac qalmayacaq” - Paşinyan
Hazırda oxunan: “Delimitasiyadan sonra Azərbaycanla sərhəddə üçüncü qüvvələrin olmasına ehtiyac qalmayacaq” - Paşinyan
226079
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.