Sülhməramlıların GİZLİ PLANI – Ermənilər üçün hansı işləri görürlər?

Hazırda oxunan: Sülhməramlıların GİZLİ PLANI – Ermənilər üçün hansı işləri görürlər?

22599

44 günlük müharibənin başa çatmasının ardından Dağlıq Qarabağda sabitliyi təmin etməklə vəzifələndirilən Rusiya sülhməramlılarının fəaliyyətləri ətrafında gəzən söz-söhbətlər səngimək bilmir. Xüsusilə də, mayın 27-də gecə saatlarında Şuşa yaxınlığında ermənilərin havaya atəş açmasından sonra sülhməramlıların ciddi tədbirlər görmək yerinə vəziyyəti ört-basdır etməyə çalışması məsələni yenidən gündəmə gətirib.

Məsələ burasındadır ki...

Rus sülhməramlıların fəaliyyətində narazılıq yaradan əsas məsələ,  bölgədə baş verən hadisələri ictimaiyyətdən gizlətməyə çalışmalarıdır. Bu isə, bölgədəki problemlərin həllindən yayınmaq deməkdir. Sülhə təhdid yaradan mövzuların sirr kimi saxlanılması, problemlərin gözdən uzaq qalmaqla daha da böyüməsinə imkan vermək deməkdir. 

Bu cür davranışların narazılıq doğurmasının əsas səbəbi isə, əhali arasında neytrallıqdan uzaq olması fikrinin yayılmasıdır. “Əgər eyni hadisəni ermənilər yox, azərbaycanlılar törətsə idi, sülhməramlılar yenə də eyni mövqeyimi sərgiləyəcəkdilər?” sualının cavabı isə, təəssüf ki, əksəriyyət tərəfindən “xeyr” olardı.

Sülhəramlıların anlamalı olduğu əsas məsələ isə vəziyyətin nə qədər həssas olmasıdır. Çünki iki xalqın nümayəndələri arasında uzun illərdir davam edən münaqişənin başa çatmasından cəmi 6 ay sonra bütün problemlərin həll olunmasını gözləmək sadəlöhvlük olardı. 

Sülhməramlılar üzərlərindəki məsuliyyətin fərqinə varmalıdır. 

Bir sülhməramlının belə insidentlə nəticələnəcək hər hansı davranışa göz yumması münaqişənin yenidən qızışmasına gətirib çıxara bilər. Bu isə son 6 ayda əldə olunan bütün müsbət nailiyyətlərin məhv olması və hər şeyin sıfırdan başlaması ilə nəticələnər.
Bu cür vəziyyət tək Azərbaycan və Ermənistan üçün yox, Rusiya üçün də ciddi problemlər yaradar. Çünki münaqişə ölkələri qədər rəsmi Moskvanın da maraqlarına cavab verən nəqliyyat və kommunikasiya xətlərinin açılmasında maneələrin yaranması Kremildə heç də xoş qarşılanmaz.

Həmçinin qarşıdurmanın böyüməsi sülhməramlıların gələcək fəaliyyətini də sual altına qoyacaq.

Ona görə ki, 10 noyabr razılaşmasına əsasən rəsmi Bakı və İrəvanın Rusiyanın sülhməramlı fəaliyyətindən imtina etmək hüququ var. Həmçinin indiki məqamda Ermənistanda da sülhməramlıların fəaliyyətinə münasibətdə narazılıqların artdığını da xatırlatmaq yerinə düşər. 

Qarabağda yerləşdirilmiş Rusiya hərbiçilərinin nə qədər ağır yükün altına girmələri hər kəs tərəfindən dərk edilir. Lakin sülhməramlılar da onlardan nə qədər ciddi gözləntilərin olduğunu anlamalıdırlar. Əgər iki ölkə də uzun illər davam edən münaqişədən sonra məhz Rusiyaya sülhyaratma missiyasını icra etməkdə etimad göstərilibsə, sülhməramlılar da bu inamı doğrultmağa məcburdular.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin