Paşinyan başını itirib: Moskvanı açıq şəkildə şantaj edir - VİDEO

Hazırda oxunan: Paşinyan başını itirib: Moskvanı açıq şəkildə şantaj edir - VİDEO

22585

“Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan, deyəsən özünə, duyğularına və hərəkətlərinə nəzarəti itirməyə başlayır. Sərhədyanı ərazilərdə məlum hadisədən sonra tərəflərin dərhal danışıqlar masasına oturması onun hakimiyyətini saxlamaq siyasətinin əsas rıçağına çevrilərdi”.

Bizim.Media xəbər verir ki, bu barədə “Caliber”in hərbi-analitik youtube layihəsinin yeni video materialda deyilir.

“Bildirilir ki, Paşinyan Qarabağdakı məğlubiyyətdən sonra özünə gəlib və “şinelindən” çıxaraq Moskvanı açıq şəkildə şantaj edir. Onun iddiasının mahiyyəti isə KTMT-dir:

Rusiyanın təhlükəsizlik zəmanətlərinə əsaslanan bu çətir təşkilatı Azərbaycan təcavüzü ilə bağlı onun müraciətlərinə kifayət qədər tez cavab vermir. Bundan əlavə, təşkilatın digər üzvləri Bakının hərəkətlərini kəskin şəkildə qınamayıblar. Burada qeyd etmək lazımdır ki, İrəvan da digər iki KTMT üzvü olan Tacikistan və Qırğızıstan sərhədindəki qarşıdurmalara heç bir şəkildə reaksiya verməyib. Ancaq Paşinyana görə, bu epizod əhəmiyyəti baxımından Ermənistana qarşı yaranan təhlükə ilə müqayisə edilə bilməz”.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin