Paşinyanın konstitusiya MANİPULYASİYASI – Sülhdən yayınmaq üçün bu yola da ƏL ATDI...

Hazırda oxunan: Paşinyanın konstitusiya MANİPULYASİYASI – Sülhdən yayınmaq üçün bu yola da ƏL ATDI...

224785

Ermənistan deyəsən sözün həqiqi mənasında ölkə konstitusiyasında qonşu dövlətlərə qarşı ərazi iddiasını nəzərdə tutan müddəalardan imtina etmək niyyətində deyil.

Bunu baş nazir Nikol Paşinyanın son açıqlamaları da göstərir. Belə ki, Paşinyan “X” səhifəsində Ermənistan konstitusiyasının heç bir müddəasında qonşu ölkələrə qarşı ərazi iddialarının olmadığından yazıb
 

“Ermənistan Konstitusiya Məhkəməsi sentyabrın 26-da öz qərarında qeyd edib ki, Konstitusiyanın preambulasında Müstəqillik Bəyannaməsinə istinad yalnız bəyannamənin Konstitusiyanın maddələrində təsbit olunmuş müddəalarına aiddir”, - deyə Paşinyan bildirib.


Qeyd edək ki, rəsmi Bakı dəfələrlə bəyan edib ki, sülh müqaviləsinin imzalanması üçün Ermənistan konstitusiyasında yer alan və Azərbaycanla Türkiyəyə qarşı ərazi iddialarının əks olunduğu müddəaları ləğv etməlidir. Lakin Ermənistan rəhbərliyinin davranışı göstərir ki, İrəvan bu dəyişikliyə getmək fikrində deyil.

Bu isə Ermənistanın həm də sülh müqaviləsi bağlamaqda maraqlı olmadığına işarədir.

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Asim Mollazadə deyir ki, Paşinyan bununla sülh prosesinə ciddi yanaşmadığını ortaya qoyur:

“Bir neçə gün gözləyək. Paşinyan indi dediyini təkzib edən yeni açıqlamalar verəcək. O, bununla çalışır ki, hamını aldatsın. Gözləmək lazımdır. Sabah, birisi gün yeni açıqlamalar verəcək. Paşinyan sülh prosesinə ciddi yanaşmır. Ona görə də Paşinyanın bu cür açıqlamalarına ciddi yanaşmaq lazım deyil”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin