Nikol Paşinyan dostunu seçki siyahısına salmadı – TAM TƏRKİB

Hazırda oxunan: Nikol Paşinyan dostunu seçki siyahısına salmadı – TAM TƏRKİB

22476

Nikol Paşinyan "Mülki Müqavilə"nin seçki siyahısına rəhbərlik edir. Partiya artıq ilk "otuz” namizədinin adlarını dərc edib.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “armeniasputnik.am” saytı yayıb.

Mənbə yazır ki, siyahıya bir vaxtlar Paşinyanın yaxın dostu hesab edilən Ermənistan Baş nazirinin müavini Tigran Avinyanın adı daxil edilməyib, sahibkar Xaçatur Sukiasyan isə beşinci yerdədir.
 

MÖVZU İLƏ BAĞLI:

Paşinyan Başkəndi niyə xatırladı? – “O, erməni xalqını növbəti "sülhə" hazırlayır” 


Siyahıda Paşinyandan sonra parlamentin sədri Ararat Mirzoyan, "Mənim addımım" fraksiyasının lideri Lilit Makunts, Ərazi İdarəetmə və İnfrastruktur naziri Suren Papikyan, sahibkar Xaçatur Sukiasyan, vitse-spiker Lena Nazaryan, vitse-spiker Alen Simonyan, Təbiəti Mühafizə naziri Romanos Petrosyan, deputat Arpine Davoyan və Nazirlər Kabinetinin Aparat rəhbəri Arsen Torosyan gəlir.

İkinci onluqda Baş nazirin müşaviri Araik Arutyunyan, Nazeli Bağdasaryan, Ruben Rubinyan, Gurgen Arsenyan, Anahit Avanesyan, Gurgen Melkonyan, Akop Arşakyan, Eriknaz Tigranyan, Ayk Konjaryan və Armen Pambukçyan yer alıb.
 

Onları Arusyak Julakyan, Eduard Agajanyan, Andranik Köçəryan, Mariya Karapetyan, Babken Tunyan, Şirak Torosyan, Tsovinar Vardanyan, Vaagn Hovakimyan, Gevorg Papoyan və Ripsime Grigoryan izləyir.


Ermənistanda erkən parlament seçkiləri iyunun 20-nə təyin edilib. Mayın 26-da bütün partiyalar seçki siyahılarını MSK-ya təqdim etməlidirlər. Rəsmi seçkiqabağı təşviqat 7 iyun tarixində başlayacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin