“Ermənistan Azərbaycanı KTMT ilə qarşıdurmaya aparır” – Qabil Hüseynlidən ŞƏRH

Hazırda oxunan: “Ermənistan Azərbaycanı KTMT ilə qarşıdurmaya aparır” – Qabil Hüseynlidən ŞƏRH

22460

“Ermənistan ordusunun hissələri arasında bir-biri ilə atışma baş verib. Bunu da bütün dünya bilir. Ən azı 4 nəfər həlak olub. Ermənilər bir-birini güllələyib. Üstəlik, erməni ordusu daxilindəki bu, çürümə, aqoniya (çəkişmə, canvermə) prosesini gizlətmək üçün guya, Kəlbəcər rayonu ərazisindən Ermənistan ordusunun hissələrinə doğru atəş açıldığı barədə yalan yayıb”.

Bu sözləri Bizim.Media ilə Ermənistan Müdafiə Nazirliyinin yaydığı yalan xəbəri müzakirə edərkən politoloq Qabil Hüseynli açıqladı. Siyasi ekspertin fikrincə, bunu nə rus sülhməramlıları, nə Moskva, nə də hər hansı bir digər orqan təşkil etməyib:
 

MÖVZU İLƏ BAĞLI:

Ermənilərə KTMT-dən verilən CAVAB - Yeni bir sərhəd çəkə bilməzlər


“Bunun hamısı barmaqdan sovurma faktlardır. Bəli, Ermənistan daxilində vəziyyəti mürəkkəbləşdirmək, Azərbaycanı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ilə qarşıdurmaya çəkmək və sülh yaratmaq prosesini pozmaq istəyən qüvvələr İrəvanda kifayət qədərdir.

Bunların başında isə “Qarabağ klanı” dayanır. Ona görə də Ermənistan Müdafiə Nazirliyinin söylədikləri boş yalandır. Moskva da buna inanmır. Belə xəbərlərin blef olduğunu hamı çox gözəl bilir”. 

Sizcə bunların hamısı seçkiqabağı Ermənistan oyunlarıdır?

“Hə, oyunlardır. Amma Ermənistan ordusunun içərisində o çürümə prosesi davam edir. 4 nəfəri etiraf edirlərsə, ən azı 10 nəfərə qədər erməni bir-birini qırıb”.

Anar Rəhimov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin