Erməni deputatı mandatından Anna Akopyan məhrum edib? - DETALLAR

Hazırda oxunan: Erməni deputatı mandatından Anna Akopyan məhrum edib? - DETALLAR

224576

Erməni deputat Ovik Ağazaryan Anna Akopyan tərəfindən bloger Roman Bağdasaryana görə mandatından məhrum edilib.

Bizim.Media xəbər verir ki, bu barədə "Hraparak" qəzeti mənbələrə istinadən yazıb.

Qeyd edilib ki, Ovik Ağazaryanın deputat mandatından məhrum edilməsinin təşəbbüskarı baş nazir Nikol Paşinyan deyil, onun həyat yoldaşı Anna Akopyan olub.

Qəzet bildirir ki, oktyabrın sonunda Ağazaryan müsahibə verərək Anna Akopyanın sevimli blogeri Roman Bağdasaryanı rəzil adam adlandırıb:

"Ağazaryan xüsusilə qeyd edib ki, Bağdasaryan baş nazirin həyat yoldaşının tədbirinə necə qatılıb. Müsahibəsində o, Bagdasaryanın "Ruben Vardanyanın həbsinə görə Azərbaycana minnətdaram. O, Bakı həbsxanasında ölməlidir" fikirlərini də şərh edib: “Mənim efirdəki sözlərim belə bir insana qiymət vermək üçün yetərli deyil”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin