“Azərbaycan mallarının Ermənistan ərazisindən və əksinə tranziti təşkil edilə bilər” - Mirzoyan

Hazırda oxunan: “Azərbaycan mallarının Ermənistan ərazisindən və əksinə tranziti təşkil edilə bilər” - Mirzoyan

224498

“Azərbaycan və Ermənistan tərəfləri sülh müqaviləsi imzalamağa yaxındırlar. Bu, ümid və inam anıdır. İki dövlətin və cəmiyyətimizin faciəli keçmişinə baxmayaraq, düşmənçilik səhifəsini çevirmək şansı var. Ötən günlər olduqca çətin keçib. Anlamaq, unutmaq, bağışlamaq çətindir, amma bölgəmizdə kifayət qədər qan tökülüb və indi gələcəyə baxmaq imkanımız var”.

Bizim.Media xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Finlandiyanın “Lannen Media” xəbər agentliyinə müsahibəsində deyib.

Kommunikasiyaların açılması məsələsinə gəlincə, Mirzoyan qeyd edib ki, Ermənistan və Azərbaycan hər iki tərəf üçün məqbul olacaq qərarlara gələ bilərlər:

“Biz Ermənistan mallarının Azərbaycan ərazisindən və əksinə, Azərbaycan mallarının Ermənistan ərazisindən tranzitini təşkil edə bilərik. Birinci mərhələdə biz dəmir yolu tranzitini bərpa edə və onu tədricən genişləndirə bilərik”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin