Erməni nazir İrəvandakı 3 səfirə Azərbaycandan şikayət etdi

Hazırda oxunan: Erməni nazir İrəvandakı 3 səfirə Azərbaycandan şikayət etdi

22430

Ermənistanın xarici işlər naziri vəzifəsini icra edən Ara Ayvazyan dünən KTMT-yə üzv ölkələrin səfirləri - Sergey Kopırkin (Rusiya), Aleksandr Konyuk (Belarus) və Bolat İmanbayevi (Qazaxıstan) qəbul edib.

Bizim.Media xəbər verir ki, məlumatı Ermənistan XİN-in mətbuat xidməti yayıb.
 

MÖVZU İLƏ BAĞLI:

Ermənistanın müdafiə naziri yenə Şoyquya zəng etdi – Qarabağ müzakirə edildi


Görüş zamanı mayın 12-dən bəri guya Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ermənistan Respublikasının bəzi sərhəd bölgələrinə qanunsuz hərbi müdaxiləsi, nəticədə may ayının 25-də bir erməni hərbçisinin yaralandığı müzakirə edilib.

Ermənistan xarici işlər naziri yenə də Azərbaycanın ünvanına iftira atıb:

“Beynəlxalq ictimaiyyətin çağırışlarına məhəl qoymayan Azərbaycan silahlı qüvvələrini Ermənistan ərazisindən çıxarmır və bununla KTMT-in üzvü olan dövlətə qarşı yeni qanunsuz hərəkətlərə əl atır”.

Xatırladaq ki, 30 ildir ki, Azərbaycanın torpaqlarını işğalda saxlayan Ermənistanın “Ara” adlı naziri özünü küçə və ara adamı kimi aparır və yenə də qonşu dövlətə qarşı ərazi iddiaları ilə çıxış edir.  

İkincisi, Azərbaycan heç bir dövlətin ərazisinə daxil olmayıb, qanuni torpaqlarını bərpa etməyə çalışır. 

Üçüncüsü, mayın 25-dəki sərhəd insidenti ilə bağlı Azərbaycan Müdafiə Nazirliyi bəyanat yayaraq erməni tərəfinin iddialarını yalanlayıb. Yəni hərbçilərimiz adı çəkilən bölgədə atəş açmayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin