Ermənistanda seçkilərə görə buraxılan parlamentin iclası 26 mayda İrəvanda davam etməli idi, lakin hakim “Mənim addımım” bloku 20 dəqiqəlik fasilə istəyib.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “news.am” saytı yayıb.
MÖVZU İLƏ BAĞLI:
Ermənistanda XALQ YORULUB – Seçkilər yox, sabitlik lazımdır
Mənbə yazır ki, bəzi qanun layihələrinə səs vermək üçün deputatların 3/5 hissəsi tələb olunur. İclasa isə yalnız 60 deputat qatılıb, yəni ümumilikdə kvorum olmayıb.
Bu baxımdan hakim “Mənim addımım” blokunun parlament fraksiyasının rəhbəri Lilit Makunts parlamentin sədri Ararat Mirzoyandan deputatları gözləmək üçün 20 dəqiqəlik fasilə istəyib.
Bizim.Media