Parlament seçkilərində Paşinyanın partiyasına arvadı BAŞÇILIQ EDƏCƏK

Hazırda oxunan: Parlament seçkilərində Paşinyanın partiyasına arvadı BAŞÇILIQ EDƏCƏK

223976

Ermənistanda növbəti parlament seçkilərində hakim "Vətəndaş müqaviləsi" partiyasının siyahısına Ermənistanın baş nazirinin həyat yoldaşı Anna Akopyan başçılıq edə bilər. 

Bizim.Media xəbər verir ki, bu barədə  “Hraparak” qəzeti məlumat yayıb. 

Nəşrin yazdığına görə, onun aktiv fəaliyyəti buna hazırlıqla bağlıdır. Bildirilib ki, Akopyanın hökumətdə ofisi, PR mütəxəssisləri komandası və işçi heyəti var.

O, qonaqları fəal şəkildə qəbul edir, tədbirlər təşkil edir və rəsmi vəzifəsinin olmamasına baxmayaraq, ölkənin kadr siyasətinə təsir göstərir. Hətta son təyinatların onun təşəbbüsü ilə edildiyi bildirilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin