Lavrov: “KTMT-dən çıxmaq indiki Ermənistan rəhbərliyinin suveren hüququdur”

Hazırda oxunan: Lavrov: “KTMT-dən çıxmaq indiki Ermənistan rəhbərliyinin suveren hüququdur”

223936

“Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxmaq üçün sənədlər təqdim etməyib. Biz bu söhbətləri eşidirik, Ermənistanın baş naziri parlamentdə bu mövzuda çox danışıb. Biz heç kimə heç nəyi məcbur etmirik. Əminik ki, KTMT-yə üzvlükdən maksimum istifadə etmək Ermənistanın təhlükəsizliyinin maraqlarına uyğundur”.

Bizim.Media xəbər verir ki, bunu Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov jurnalistlərə açıqlamasında buldirib.

“Rusiya və KTMT-nin digər üzvləri İrəvana qapıları bağlamaq kimi qəbul ediləcək heç bir addım atmayıb və atmaq niyyətində deyil, lakin təşkilatdan çıxmaq indiki Ermənistan rəhbərliyinin suveren hüququdur”, - lavrov qeyd edib.

Qeyd edək ki, Ermənistan Baş naziri Nikol Paşinyan parlamentdə keçirilən “hökumət saatı”nda bildirib ki, Ermənistanla KTMT arasında münasibətlər geridönülməz nöqtəni keçib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin