“Ermənistan və Azərbaycan müqavilə mətninin 17-dən 15-i üzrə razılığa gəlib” - Mirzoyan

Hazırda oxunan: “Ermənistan və Azərbaycan müqavilə mətninin 17-dən 15-i üzrə razılığa gəlib” - Mirzoyan

223925

Ermənistan və Azərbaycan sülh müqaviləsinin mətninin preambulası və 17 maddəsinin 15-i üzrə razılığa gəliblər.

Bizim.Media xəbər verir ki, bunu Ermənistan XİN rəhbəri Ararat Mirzoyan Maltada keçirilən ATƏT-nin Xarici İşlər Nazirləri Şurasının 31-ci iclasında çıxışı zamanı bildirib.

Sülh müqaviləsinin imzalanmasında müəyyən irəliləyiş var və mətndə 17 maddədən 15-i razılaşdırılıb, əgər iradə olarsa, sənəd Cənubi Qafqazda düşmənçilik səhifəsini bağlaya bilərik”, - Mirzoyan qeyd edib.

O həmçinin bildirib ki, İrəvan Ankara ilə münasibətlərin tam normallaşmasına, diplomatik münasibətlərin qurulmasına və sərhədlərin açılmasına inanır. Türkiyəli tərəfdaşlarla dialoq davam edəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin