“Bizim Azərbaycana hücum etmək üçün heç bir əsasımız yoxdur. İrəvan Bakı ilə yeni eskalasiya üçün heç bir səbəb görmür. Bizə Azərbaycanla heç bir müharibə lazım deyil”.
Bizim.Media xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan ölkə parlamentində keçirilən “hökumət saatı”nda çıxışı zamanı bildirib.
“Siyasi müstəvidə və müəyyən dərəcədə hüquqi müstəvidə biz Alma-Ata bəyannaməsi əsasında ərazi bütövlüyünü qarşılıqlı şəkildə tanıdığımızı bəyan etmişik. Hazırda məqsəd sadəcə sülh müqaviləsi üzərində işləmək olmalıdır”, - deyə Paşinyan bildirib.
O qeyd edib ki, regionda sabitliyi pozmaqda maraqlı olan qüvvələr var, İrəvan təxribatlara boyun əyməməlidir.
Bizim.Media