Paşinyan: "Qarabağla bağlı apardığımız siyasət yanlış olub"

Hazırda oxunan: Paşinyan: "Qarabağla bağlı apardığımız siyasət yanlış olub"

223558

“Bir çox müxalifətçilər müsahibələrində və sosial şəbəkələrdə mənim “Qarabağ Ermənistandır, nöqtə” ifadəmi qınaqla qeyd etməkdən əl çəkmirlər. Mən bu gün bu mövzuya toxunmaq istərdim. Qayıdaq 2018, 2017, 2016-cı illərə. Dağlıq Qarabağ nə idi? Müstəqil dövlət? Yox. Çünki müstəqil dövlətin mühüm atributu var".

Bizim.Media xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan parlamentin bugünkü iclasında deyib.


Onun sözlərinə görə, bu gün həm dost, həm də dost olmayan dövlətlər davamlı olaraq bu barədə danışır və sual verirlər: “Belədirsə, niyə Ermənistan Qarabağın müstəqilliyini tanımırdı?”:
 

"Mən deputat olanda müstəqilliyin tanınması ilə bağlı bir neçə təşəbbüs var idi, lakin onlar rədd edildi və bununla da faktiki olaraq Qarabağın müstəqil dövlət olmadığını bəyan etdilər. O zaman kimsə desəydi ki, Qarabağ Azərbaycandır, bunun nəticələrinin necə olacağı aydındır. Qarabağ Ermənistandır? Yox. Qarabağ Ermənistan deyil. Yaxşı, cənablar, gəlin müəyyən edək: Qarabağ müstəqil dövlət deyil, Qarabağ Azərbaycan deyil, Qarabağ Ermənistan deyil, onda Qarabağ nədir?


Bu sual niyə vacibdir? Hörmətli həmkarlar, hamiləlik 9 ay davam edir, maksimum 9 aydan sonra nəsə baş verməlidir: ya uşaq təbii yolla, ya da keysəriyyə əməliyyatı ilə doğulur; ya diri, ya da ölü. Ya oğlan, ya qız doğulur. Təsadüfi deyil ki, mən bu tribunadan dəfələrlə Ermənistanın üçüncü prezidenti Serj Sarkisyanın 2018-ci ilin aprel bəyanatından sitat gətirmişəm. Hamiləliyi daha 9 ay uzatmağa çalışmaq absurd yanaşmadır. Buna baxmayaraq, suala cavab vermək vacibdir: 2019-cu ildə nə baş verdi, hər şey nə dərəcədə düzgün oldu və harada səhv edildi.

Mənim siyasətim nə dərəcədə düzgün idi? Qarabağla bağlı bu siyasəti obrazlı desək, “hamiləliyin” 9 ay uzadılması baxımından dəyərləndirsək, çox yanlış olub", deyə o, qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin