Erməni faşizmi BMT tribunasında İFŞA OLUNDU – VİDEO

Hazırda oxunan: Erməni faşizmi BMT tribunasında İFŞA OLUNDU – VİDEO

223520

Ermənistan nümayəndə heyətinin rəhbəri BMT tribunasında faşist Qaregin Njdeni müdafiə edib.

Bizim.Media xəbər verir ki, BMT-nin İrqi Ayrı-seçkiliyin Aradan Qaldırılması üzrə Komitəsinin 114-cü sessiyası zamanı Ermənistan üzrə məruzəçi Jung Kam Con rəsmi İrəvanın ünvanına faşizmlə bağlı iradlar səsləndirib.

O bildirib ki, komitə bu ölkədə faşist rejimi ilə əməkdaşlıq edən və insanlığa qarşı cinayətlər törətmiş Qaregin Njde kimi şəxslərin heykəlinin qoyulması barədə məlumat alıb. Con Ermənistan nümayəndə heyətinə tolerantlıq mühitinin yaradılması istiqamətində hansı addımların atıldığı ilə bağlı sual ünvanlayıb.
 

Ölkəsinin tolerant ölkə olduğunu sübut etməyə çalışan Ermənistan nümayəndə heyətinin rəhbəri Vaan Kostanyan məsələnin ağırlığını hiss edərək, məktəb proqramına yenidən baxıldığını açıqlamaq məcburiyyətində qalıb. Njdenin adını belə çəkməkdən çəkinən V.Kostanyan onun faşist olduğunu inkar edə bilməyib. O, Njdenin 20-ci əsrin əvvəllərində göstərdiyi “xidmət”lərə görə Ermənistan və erməni xalqı üçün mühüm tarixi şəxsiyyət olduğunu bildirib.


Bu cavabla kifayətlənməyən spiker Y.Kam Con yaxın keçmişdə Njdenin heykəli ətrafında mərasimlərin keçirilməsinin həmin şəxsin hələ də cəmiyyət üçün aktual olduğunu göstərdiyini vurğulayıb. Con bu fikirləri ilə Ermənistan rəsmisinin yalanını da ifşa edib.

Qeyd edək ki, “Daşnaksütyun” partiyasının üzvü olmuş Qaregin Njde II Dünya Müharibəsi dönəmində Hitler Almaniyası ilə əməkdaşlıq edib. O, ermənilərdən ibarət birləşmələrə rəhbərlik edərək faşist ordusu ilə birlikdə Krımda və Qafqaz cəbhəsində vuruşub. Bir sıra kütləvi qətllərin və insanlıq cinayətlərinin müəllifi olan Njde SSRİ kəşfiyyatı tərəfindən müharibə dövründə həbs olunub və 1955-ci ildə həbsxanada ölüb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin