Sərhəddə gərginlik ARTIR – Ermənistan növbəti təxribatlara HAZIRLAŞIR

Hazırda oxunan: Sərhəddə gərginlik ARTIR – Ermənistan növbəti təxribatlara HAZIRLAŞIR

223484

Ermənistanın Azərbaycanla sərhəddə fəaliyyət göstərən Yerkrapa birliyinin rəhbəri, baş nazir Nikol Paşinyana yaxınlığı ilə seçilən Sasun Mikayelyan döyüş mövqelərinə baxış keçirib.

Ermənistan mətnuatının yazdığına görə, Mikayelyan sərhəddə qruplaşma üzvlərilə görüşüb.

Qruplaşma komandirləri isə döyüşə hazır vəziyyətdə olduqlarını bildiriblər.

Sözügedən qruplaşmanın 10 mindən çox üzvünün olduğu və həmin şəxslərin hərbi təlimlərə cəlb olunduğu qeyd edilir. Deyilənə görə, orada xidmət edənlərin əksəriyyəti də Birinci Qarabağ müharibəsində iştirak edənlərdir.

Ermənistanın Fransa, İran, Yunanıstan, Hindistan kimi ölkələrdən silah almaqda davam etdiyini və Mikayelyanın mövqelərə baş çəkməsini nəzərə alsaq, bütün bunlar rəsmi İrəvanın öz revanşist mövqeyindən imtina etmədiyini bir daha təsdiqləyir.

Ermənistan sərhəddə növbəti təxribatlara hazırlaşır?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov qeyd edir ki, Ermənistanın növbəti təxribatlara hazırlaşdığı ciddi şəkildə sezilməkdədir:

“Ermənistan faktiki olaraq beynəlxalq ictimai fikrin “gözünə kül üfürmək”lə məşğuldur. COP29 ərəfəsində Paşinyan gecə-gündüz sülhdən danışırdı. COP29-un bitməsilə isə daha eyni intensivliklə sülhdən danışmırlar. Ermənistan ciddi şəkildə silahlandırılır.

Bunu Fransa, Hindistan, Yunanıstan və Kipr edir. Bu silahlar da daha çox hücum silahlarıdır.

Deməli, Ermənistanın sülhdən danışması beynəlxalq ictimai fikri aldatmaq məqsədi daşıyır.


Ermənistan silahlanırsa, deməli bu ən azından hərbi təxribatlar üçündür”.

Deputat hesab edir ki, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması imkanları çox məhduddur:

“Vaxtilə bu çox yaxın görünürdü. İndi isə inandırıcı deyil. Ermənistan sadəcə fon yaradır ki, sülh istəyir. Amma əslində onlar sülh istəmir. Onlar sülh danışıqları aparmaqla silahlanmaq  və yeni təxribatlara əl atmaq üçün pauza əldə etmək istəyirlər. Bu Paşinyana lazımdır.

Çünki o, belə addımlara getməklə özünün məğlubiyyətlə barışmadığı fonunu yaradır. Onlar siyasi manipulyasiya ilə məşğuldurlar.

Unutmasınlar ki, Azərbaycan güclü dövlətdir. 2025-ci ilin dövlət büdcəsində müdafiə xərclərinin bu ilə nisbətən 1,3 milyard manat artırılması nəzərdə tutulur, yəni 7,1 milyarddan 8,4 milyard manata yüksəldilməsi proqnozlaşdırılır. Bu da ümumi büdcənin 20,3 faizi deməkdir. Bu reallıqda Ermənistanın siyasi rəhbərliyi ağlını başına yığaraq, bilsin ki, odla oynamasın. Yoxsa od onu yandıracaq”.

Rüfət Sultan, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin