Ermənistan şou göstərir, Azərbaycan isə onların şousunu faciələrinə çevirməyi yaxşı bacarır - VİDEO

Hazırda oxunan: Ermənistan şou göstərir, Azərbaycan isə onların şousunu faciələrinə çevirməyi yaxşı bacarır - VİDEO

223246

Bu həftə Polşa prezidenti Andjey Duda Ermənistanda idi. Bir ölkənin rəhbəri digərinə gedəndə əsasən özlərindən danışırlar. Duda isə sanki Ermənistana Azərbaycandan danışmaq üçün getmişdi. Əvvəlcə Paşinyanla İrəvan-Bakı sülh prosesini müzakirə etdi. Ardından Azərbaycanla sərhəddə peyda oldu. Görünür o da Avropa İttifaqının müşahidəçiləri kimi binoklla seyr etməyi sevir. 

Bizim.Media xəbər verir ki, bu barədə İTV-nin “Yekun xəbər” proqramında deyilir.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan Ermənistanın Qarabağdakı müharibə cinayətləri barədə yeni hesabat təqdim edəcək


“Andjey Duda 2 həftə əvvəl COP29-da iştirak üçün Bakıda idi. Əgər bizə desəydi, biz özümüz onu təbiət qoynuna gəzməyə aparardıq.

Təbii ki, bir prezidentin hansısa ölkənin sərhədində peyda olması məqsədsiz deyil. Məqsəd sərhəddə vəziyyəti öyrənmək də deyil. O qədər sadəlövh deyilik ki, Dudanın oyununu anlamayaq.

Polşa həm Rusiya, həm də Ukrayna ilə sərhəddə yerləşir. Müharibə səbəbindən o da çətin durumdadır. Savaşın Polşaya sıçraması ehtimalı az da olsa var. Andjey Duda Putinin hədəfindən yayınmağın yolunu tapıb. Rusiyanın diqqətini Ermənistan-Azərbaycan sərhədinə çəkmək istəyir. Yəni Rusiyanın qonşuluğunda yeni müharibə başlasa, Kremlin diqqəti Avropa cəbhəsindən yayınacaq. 

Polşa prezidentinin Ermənistana səfəri çox maraqlı dövrə təsadüf edir. Gürcüstan bu həftə elan etdi ki, Avropa İttifaqına inteqrasiyanı 2028-ci ilədək dondurur. Cənubi Qafqazda İttifaqa ən yaxın olan Tbilisi ondan uzaqlaşır. Avropa İttifaqına isə bizim bölgəmizdə yeni liman lazımdır. İndi o liman Ermənistandır. Lövbərini Ermənistana çox geniş salıb. Silahlandırır, hərbi təlimlər keçir, Azərbaycanla şərti sərhəddə bastion qalaları – bir-biri ilə əlaqəli tunellər qurur. Uzun sözün qısası, Ermənistan Azərbaycana qarşı yeni müharibəyə hazırlaşır.

Halbuki sülh danışıqlarına hazırlaşmalı idi. COP29 ərəfəsində dayanan danışıqlar bu ay bərpa edilməlidir.

Baş verənlərin fonunda bunun nə dərəcədə mümkün olacağı böyük sualdır. İlin sonunda Ermənistan şou göstərir. Azərbaycan isə ermənilərin şousunu faciələrinə çevirməyi yaxşı bacarır”, süjetdə bildirilir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin