Avropa İttifaqının Ali Nümayəndəsi Gürcüstanı sanksiya ilə hədələdi

Hazırda oxunan: Avropa İttifaqının Ali Nümayəndəsi Gürcüstanı sanksiya ilə hədələdi

223227

Avropa İttifaqı Gürcüstana qarşı sanksiya tətbiq edə bilər.

Bizim.Media “Alman dalğası”na istinadən xəbər verir ki, bunu Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə yeni Ali Nümayəndəsi Kaja Kallas bildirib.

Onun sözlərinə görə, dinc aksiyaçılara qarşı zorakılıq yolverilməzdir, Gürcüstan hökuməti gürcü xalqının iradəsinə və ölkə Konstitusiyasına hörmətlə yanaşmalıdır. 

Gürcüstanla bağlı məsələnin Avropa İttifaqının bütün üzvləri ilə birgə müzakirə olunacağını söyləyən Kaja Kallas mümkün addımlar sırasında sanksiya tətbiqini, o cümlədən viza verilməsinin məhdudlaşdırılmasını qeyd edib:

“Aydındır ki, Gürcüstan hökuməti gürcü xalqının iradəsinə hörmət etmir”.

Qeyd edək ki, Avropa İttifaqı yalnız bütün üzvlərinin razılığı ilə hər hansı ölkəyə qarçı sanksiya tətbiq edə bilər. Ancaq bir müddət əvvəl Macarıstan Baş naziri Viktor Orbanın Gürcüstan hakimiyyətinə dəstəyini açıqlaması fonunda Avropa İttifaqının belə sanksiyanın tətbiqi barədə qərar verməsi ehtimalı çox azdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin