Xəbər verdiyimiz kimi Gürcüstan iyunun 1-dən sərhəd dövlətləri ilə quru sərhədini açır.
Bizim.Media Gürcüstan KİV-nə istinadən xəbər verir ki, lakin sərhədi keçib Gürcüstana səfər etmək istəyənlər bəzi qaydalara əməl etməli olacaqlar.
MÖVZU İLƏ BAĞLI:
Gürcüstan Azərbaycanla quru sərhədi iyunun 1-dən açır
Bunun üçün turistlərə vaksinasiyanın tam kursunun tamamlaması və COVİD analizinin mənfi olmasını təsdiqləyən sənəd lazım olacaq. Bu barədə Qurumlararası koordinasiya şurasının əməliyyat qərargahının rəhbəri Qeorgi Qibradze ölkədə keçirilən brifinqdə bildirib. Bu sənədləri üzərində olan turistlər avtomobillə də rahat şəkildə Gürcüstana səyahət edə bilər.
Bundan başqa səyahətçilər ölkə daxilində tətbiq olunan bütün karantin qaydalarına da (maska, sosial məsafə, giriş limiti) əməl etməlidirlər.
Qeyd edək ki, Gürcüstanın sərhədləri Koronavirusla Mübarizə üzrə İdarələrarası Koordinasiya Şurasının göstərişi ilə 2020-ci ilin mart ayından qapalı idi.
Vüsalə Balayeva, Bizim.Media