Bütün dövlət sistemini Paşinyan alverə çevirib.
Bizim.Media xəbər verir ki, bunu “Ermənistan” blokundan olan deputat Qeqam Manukyan "NEWS.am"ın müxbiri ilə söhbətində deyib.
Onun sözlərinə görə, Nikol Paşinyan Ermənistanın baş naziri olduğu müddətdə təkbaşına və ya bağlı qapılar arxasında qərarlar qəbul edir.
“Ermənistanda hakimiyyət məntiqi yoxdur. Bütün dövlət sistemi Paşinyan tərəfindən alverə çevrilib. Heç kim bundan sığortalanmayıb. Bizim dövlət sistemimiz dağılıb”, - deyə deputat qeyd edib.
Bizim.Media