Paşinyan bu qadını daxili işlər naziri TƏYİN EDƏCƏK

Hazırda oxunan: Paşinyan bu qadını daxili işlər naziri TƏYİN EDƏCƏK

221521

Ermənistanın daxili işlər naziri postunu daxili işlər nazirinin müavini Arpine Sarkisyan tutacaq.

Bizim.Media xəbər verir ki, bu barədə baş nazir Nikol Paşinyan Facebook səhifəsində yazıb.

“Əziz həmvətənlər, hazırda daxili işlər nazirinin müavini vəzifəsini tutan Arpine Sarkisyan daxili işlər naziri təyin olunacaq”, - o qeyd edib.
 

Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan bir sıra yüksək rütbəli məmurların vəzifələrindən getməsini "WhatsApp" mesajı ilə “xahiş edib”.


Xüsusilə, Ali Məhkəmə Şurasının sədri Karen Andreasyan, Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin sədri Sasun Xaçatryan, daxili işlər naziri Vahe Qazaryan, İstintaq Komitəsinin sədri Argişti Kyaramyan, ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan, Dövlət Gəlirləri Komitəsi Rüstəm Badasyan istefa verib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin