Paşinyan güc strukturlarının rəhbərlərini niyə istefaya GÖNDƏRDİ? – PƏRDƏARXASI MƏQAMLAR

Hazırda oxunan: Paşinyan güc strukturlarının rəhbərlərini niyə istefaya GÖNDƏRDİ? – PƏRDƏARXASI MƏQAMLAR

221353

Xəbər verdiyimiz kimi, noyabrın 17-də Ermənistanın altı yüksək vəzifəli məmuru istefa verdiklərini elan ediblər. Noyabrın 18-də mətbuata açıqlama verən Nikol Paşinyan sözügedən şəxslərin məhz onun təklifi ilə istefa verdiklərini bildirib.

Paşinyanın "Vətəndaş müqaviləsi" fraksiyasından deputat olan Vaagn Aleksanyan ölkədə səs-küyə səbəb olan bu istefaları şərh edib.

Bizim.Media xəbər verir ki, bu barədə "Ermənistan xəbərləri" nəşri yazıb.

Erməni jurnalist Aleksanyana "Demək olarmı ki, 2018-ci ilin "məxmər" inqilabından sonra hakimiyyətin qarşıya qoyduğu məqsədləri uğursuzluğa düçar oldu?" sualı ilə müraciət edib.

"Xeyr, belə demək olmaz. Amma deyə bilərik ki, hazırda inkişaf tempi ilə bağlı çox böyük problemimiz var. Ədalət baxımından vətəndaşların gözləntiləri tam həyata keçməyib. Bu isə çox ciddi problemdir. Baş nazirin cümə günü iclasda çıxışı əhalinin böyük əksəriyyətinin narazılığına cavabdır", deyə o, qeyd edib.

Xatırladaq ki, noyabrın 15-də, hökumətin iclasında Ermənistanın Baş naziri Nikol Paşinyan təhlükəsizlik güclərini tənqid edərək, güc strukturlarının işi ilə bağlı səbr kasasının dolduğunu deyib.

Aleksanyanın sözlərinə görə, təhlükəsizlik güclərinin istefası xaosa səbəb olmayacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin