İrəvan yeni təxtibat HAZIRLIĞINDA – Hansı qüvvələr Ermənistanı müharibəyə TƏHRİK EDİR?

Hazırda oxunan: İrəvan yeni təxtibat HAZIRLIĞINDA – Hansı qüvvələr Ermənistanı müharibəyə TƏHRİK EDİR?

219901

Azərbaycan Prezidenti İlham Əliyev Zəfər Günü münasibətilə xalqa müraciətində bir daha xəbərdarlıq edib ki, Ermənistan silahlandırma siyasətindən əl çəkməlidir:

“Ermənistan silahlandırma siyasətindən əl çəkməlidir, buna son qoyulmalıdır, mən dəfələrlə bunu demişəm və onlar bilirlər ki, mənim sözümə diqqət yetirmək lazımdır. Hələ ki, gec deyil, bundan əl çəksinlər, bizimlə onlar rəqabət aparmaq gücündə olmayacaqlar heç vaxt”.

Prezident bəzi qüvvələrin Ermənistanı yeni müharibəyə təhrik etdiyini də vurğulayıb:

“Bu gün vəziyyətlə barışmaq istəməyən anti-Azərbaycan qüvvələr, bəzi Qərb paytaxtlarında oturan islamofoblar, azərbaycanofoblar Ermənistanı yeni müharibəyə təhrik edirlər”.

Ermənistan Qərbin təhriki ilə yeni təxribatlara əl ata bilərmi?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə bildirir ki, Ermənistanın Qərbin dəstəyilə silahlanmaqda məqsədi gələcəkdə Azərbaycanla hərbi münaqişəyə hazırlıq görməkdən ibarətdir:
 

MÖVZU İLƏ BAĞLI:

Ermənistan yeni qoşun növü YARADIR – İrəvan növbəti təxribat HAZIRLIĞINDA


“Cənab Prezidentin çıxışında Ermənistana xitabən dediyi fikirlərin ciddi əsasları var. Ermənistan 4 ölkə ilə qonşudur. Türkiyə NATO-nun ən güclü ordularından birinə malikdir. Ona görə də İrəvanın Türkiyəyə qarşı hər hansı bir hərbi niyyəti mümkün deyil. Ermənistan İranla qardaş və dostdur. Gürcüstana qarşı isə hər hansı bir iddiası yoxdur. Görünən odur ki, Ermənistanın silahlanmaqda məqsədi gələcəkdə Azərbaycanla hərbi münaqişəyə hazırlıq görməkdir.

Bu 4 dövlətdən heç biri Ermənistanın ərazi bütövlüyünə problem yaratmır. Buna rəğmən Ermənistanın ərazi və resursları ilə müqayisə olunmayacaq dərəcədə ciddi silahlanması sözsüz ki, onun Azərbaycanla müharibəyə hazırlaşdığını göstərir. Əvvəllər də İrəvan sözdə sülh çağırışları edərək, əslində Azərbaycanla sərhəddə vaxtaşırı ciddi təxribatlar törətməklə torpaqlarımızı işğaldan azad etmək istəməyib”.

Ermənistan sülh istəyirsə...

Deputat qeyd edir ki, hazırkı mərhələdə də uzaqvuran silahlarla silahlanması Ermənistanın yenidən bədnam niyyətlərdə olduğundan xəbər verir:

“Azərbaycan Prezidenti açıq şəkildə onları xəbərdar edərək bildirdi ki, ermənilər ölkəmizlə rəqabət aparmaq gücündə deyillər. Digər tərəfdən, Azərbaycan öz suverenliyini ciddi şəkildə qorumaq əzmindədir. Bunun üçün kifayət qədər imkanlara da maliyik. Ermənistan Azərbaycanla sülh istəyirsə, öz çirkin niyyətlərinə son qoymalıdır”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin