Müharibədən İrana qaçan 160 erməni əsgəri - Onları terrorçu kimi hazırlayırlar - ŞOK İDDİA

Hazırda oxunan: Müharibədən İrana qaçan 160 erməni əsgəri - Onları terrorçu kimi hazırlayırlar - ŞOK İDDİA

21974

Erməni mətbuatının yaydığı xəbərə görə, 160 erməni əsgəri Cəbrayıl-Zəngilan istiqamətində gedən döyüşlər zamanı İran sərhədlərinə yaxınlaşaraq əks tərəfə keçiblər. “Qraparak” qəzetinin yazdığına görə, mühasirəyə düşən əsgərlər başqa yol tapmayıblar, İran tərəfdən onları xilas etməyi xahiş ediblər.

Amma qəzet daha sonra iddia edir ki, müharibədən 7 ay vaxt keçməsinə baxmayaraq İran tərəfi hələ də həmin əsgərləri öz ərazisində saxlayır.

Yazıda qeyd edilir ki, bu məsələ İranın yüksək çinli hərbçilərinin İrəvana səfəri zaman da müzakirə olunub. Hətta itkiş düşmüş əsgərlərin valideynləri də bu məsələ ilə bağlı İran sərhəddində etiraz aksiyası keçiriblər. Qəzetin söyləməsinə görə, ortada hələlik bir nəticə yoxdu.

Ekspertlərin fikrincə, erməni mətbuatının yaydığı bu informasiya əslində speklyuativ xarakter daşıyır. Ermənistan kəşfiyyat orqanları və xüsusi xidməti ictimaii rəyi çaşdıraraq terrorçu ermənilərin İranda yetişdirilməsinə xüsusi don geyindirmək istəyir. 

Bizim.Media olaraq dəfələrlə İran ərazisində erməni terror təşkilatları üçün aparılan təlimlərdən və hazırlıq işlərindən yazmışıq.

Məlumatlı mənbənin verdiyi xəbərlərdə bildirilir ki, hazırda İran ərazisində nəinki 160,  1500-ə yaxın erməni terrorçusu təlimlər keçir. Onların arasında xarici ölkə vətəndaşları da var. Təlimlər əsasən, Qum, Rəşt, Məhşəd və daha bir neçə şəhərdə aparılır.

Politoloq Rövşən Novruzoğlu da saytımıza açıqlamasında ASALA, PKK/YPG qruplaşmaları tərəfindən İsfahan, Kəlheybər şəhrlərində Azərbaycana qarşı hazırlanan bakteroloji hücum barədə məlumat vermişdi.

Əslində “Qraparak” qəzetinin yaydığı xəbərin ilk baxışdan “rekaşet” xarakteri daşıdığı ortadadır.

Çünki erməni əsgərlərini İranda tutulmasının heç bir anlamı yoxdur. Hər iki ölkə yüksək səviyyədə qarşılıqlı münasibətlərə malikdir. Müharibə dövründə, ondan əvvəl və ondan sonra da İranın “isti əli” həmişə Ermənistanın başını tumarlayıb. İran silah, yanacaq yardımları, təlimlər və müxtəlif proyektlərlə “böyük dostluq” nümayiş elətdirib.

Deməli, “İran 160 erməni əsgərini öz ərazində girov saxlayır” xəbərinin arxasında, ən azı 500

600 erməni terrorçusunun yetişdirilməsi dayanır.

Vüsalə Balayeva, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin