Avropa İttifaqının nümayəndə heyəti Ermənistana gəlib - SƏBƏB

Hazırda oxunan: Avropa İttifaqının nümayəndə heyəti Ermənistana gəlib - SƏBƏB

219304

Avropa İttifaqının nümayəndə heyəti Ermənistanla viza rejiminin liberallaşdırılması üzrə danışıqlar planını hazırlamaq üçün İrəvana gəlib.

Bizim.Media Sputnik-ə istinadən xəbər verir ki, bu barədə Ermənistan XİN başçısının müavini Paruyr Ovannisyan noyabrın 5-də Ermənistan parlamentində 2025-ci il dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı bildirib.

Onun sözlərinə görə, bu il Ermənistan-Aİ tərəfdaşlığı gündəliyinin irəlilədilməsi baxımından misilsiz olub. Nazir müavini müxtəlif sahələrdə əldə olunan çoxsaylı nailiyyətləri də diqqətə çatdırıb.

"Ermənistan Respublikasının vətəndaşları üçün Avropa vizalarının liberallaşdırılması ilə bağlı dialoq başlayıb. Belə ki, Avropa İttifaqının nümayəndə heyəti noyabrın 5-dən 6-dək İrəvanda olacaq. Onların məqsədi müvafiq danışıqlar proqramını hazırlamaqdır", - Ovannisyan qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin