“Sərhəddəki heç bir kənd Azərbaycana verilməyəcək” - Paşinyanın yaxın silahdaşı

Hazırda oxunan: “Sərhəddəki heç bir kənd Azərbaycana verilməyəcək” - Paşinyanın yaxın silahdaşı

21921

Ermənistan Azərbaycanla sərhəd kəndlərinin mübadiləsi məsələsini müzakirə etmir. 

Bizim.Media xəbər verir ki, bunu Xarici Əlaqələr Komissiyasının rəhbəri, hakim “Mənim addımım” blokunun üzvü Ruben Rubinyan parlamentdə jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, dünən müxalifət sensasiyalı sənədin tam mətnini tirajlayıb, həqiqiliyi artıq təsdiqlənib.

Rubinyan sözügedən sənəddən başqa başqa bir razılaşma olmadığını söyləyib. Anklavların mübadiləsi məsələsinin şifahi şəkildə müzakirə ediləcəyi barədə şayiələri də təkzib edib.
Rusiya tərəfinin İrəvanla Bakı arasındakı sərhədlərin demarkasiyası və delimitasiyası ilə bağlı üçtərəfli komissiyanın yaradılması ilə bağlı təkliflərinə toxunan Rubinyan izah edib ki, təklif məsələnin tələsik həll olunması demək deyil. 

Xatırladıb ki, bənzər bir demarkasiya məsələsini Ermənistan-Gürcüstan komissiyası artıq 20 ildir ki, müzakirə edir.

Onun sözlərinə görə, Ermənistan hakimiyyəti artıq belə bir komissiyanın yaradılmasının yalnız Azərbaycan Silahlı Qüvvələrinin Ermənistanın Zəngəzur (Sünik) və Göyçə (Gegarkunik) mahallarındakı ərazilərini azad etməsindən sonra mümkün olduğunu söyləyib. Komissiya rəhbəri əmin edib ki, komissiya yaradılsa, yalnız Ermənistan-Azərbaycan sərhəd məsələsi müzakirə ediləcək və heç bir şəkildə Dağlıq Qarabağ probleminə toxunmayacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin