“ABŞ Bakı və İrəvanın delimitasiya qaydalarını rəsmiləşdirmək qərarını alqışlayır” - Miller

Hazırda oxunan: “ABŞ Bakı və İrəvanın delimitasiya qaydalarını rəsmiləşdirmək qərarını alqışlayır” - Miller

218702

“ABŞ Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası ilə bağlı prosessual qaydaları rəsmiləşdirmək qərarını alqışlayır”.

Bizim.Media xəbər verir ki, bu barədə ABŞ Dövlət departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller özünün “X” hesabında paylaşım edib.

Onun sözlərinə görə, bu, davamlı dialoq vasitəsilə tərəqqinin mümkün olduğunu nümayiş etdirir:
 

“Birləşmiş Ştatlar Ermənistan və Azərbaycanın sərhədlərin delimitasiyası ilə bağlı prosedur qaydalarının rəsmiləşdirilməsi qərarını alqışlayır və bu, davamlı dialoq vasitəsilə bölgədə tərəqqinin mümkün olduğunu nümayiş etdirir”.


Bundan əlavə, sentyabrın 26-da Ermənistanın Konstitusiya Məhkəməsi Azərbaycanla sərhədlərin delmitasiyası üzrə işçi komissiyanın reqlamentinin qanunauyğun olduğuna dair qərar qəbul edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin